» Gömrük Akademiyası beynəlxalq konfransda Azərbaycanı təmsil edib

Gömrük Akademiyası beynəlxalq konfransda Azərbaycanı təmsil edib

Bölmə: ---
Gömrük Akademiyası beynəlxalq konfransda Azərbaycanı təmsil edib
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və İxtisas fənləri kafedrasının müdiri Elvin Əlirzayev 22-24 oktyabr 2019-cu il tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və Şimali Makedoniya Respublikasının Maliyyə Nazirliyi və Gömrük İdarəsinin təşkilatçılığı ilə keçirilən 14-cü PICARD konfransında iştirak ediblər.

"Xalqinfo" xəbər verir ki, Dünya Bankı, Avropa Komissiyası, həmçinin beynəlxalq hüquq firmaları və universitetlər daxil olmaqla, hökumət, o cümlədən özəl sektor qurumları, akademik və düşüncə mərkəzlərinin nümayəndələrinin qatıldığı üç günlük konfransda 40-dan çox təqdimat məruzə olunub. Konfransda ümumilikdə 50 ölkədən 240 nümayəndə iştirak edib.

Qulu Novruzov səfər çərçivəsində Şimali Makedoniya Gömrük İdarəsinin Baş direktoru Gjoko Tanasoski, Koreya Gömrük Xidməti Gömrük Sərhədinə Nəzarət Təlim İnstitutunun baş direktoru Anna Ço ilə görüşərək Azərbaycanda gömrük sahəsində aparılan son islahatlar barədə məlumat verib.

Akademiyanın rəisinin Niderlandın Delft Texnologiya Universiteti, Polşanın Varşava İqtisadiyyat İnstitutu, Almaniyanın Münster Universiteti, Kiril və Metodis Universiteti, Rusiya Prezidenti yanında Milli iqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının nümayəndələri ilə görüşlərində ikili diplom və mübadilə proqramlarının həyata keçirilməsi imkanları müzakirə edilib. Eyni zamanda, Qulu Novruzov Şanxay Gömrük Kollecinin direktoru, professor Conq Yuao və Kiril və Metodis Universitetinin Regional təlim mərkəzinin rəhbəri, professor İrena Kikerkova ilə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Konfrans çərçivəsində baş tutan VI Gənclər Forumunda Akademiyanın “İqtisadiyyat” ixtisası üzrə tələbələri “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesində gömrük sisteminin adaptasiyası” mövzusunda məruzə ilə uğurlu çıxış ediblər.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler