Yeni məktəbin sənədlərinin itməsi şagirdləri soyuqda qoyubBölmə: Xəbər
![]() Məsələn, rayonun Cəyli kənd tam orta məktəbi iki il əvvəl tikilib istifadəyə verilsə də, burada istilik sistemi yoxdur. Məktəbdə dərslər soyuq otaqlarda keçirilir. Bildirildiyinə görə, məktəb tikiləndə istilik sistemi qurulub. Lakin sonradan layihə smeta sənədlərinin itməsi, problem yaradıb. Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Xəqani Qurbanov isə bildirir ki, bütün məktəblərin, o cümlədən də Cəyli kənd tam orta məktəbinin normal şəkildə isidilməsi istiqamətində işlər aparılır. Yaxın günlərdə bu məktəbdəki çətinlik aradan qaldırılacaq. |
|