DataLife Engine > Xəbər, Sosial, BLOK XƏBƏR > Dövlət qurumları yoxlanılacaq:

Dövlət qurumları yoxlanılacaq:


5-01-2015, 12:41. Yerləşdirdi: Kainat Hesablama Palatasının növbəti iclası keçirilib.

Dövlət qurumları yoxlanılacaq: XALQİNFO.AZ bildiri ki, ANS PRESS-in Hesablama Palatasına istinadla verdiyi məlumata görə, dekabr ayının 29-da keçirilən Kollegiya iclasında, Palatanın 2015-ci ilin İş Planı üzrə nəzərdə tutulmuş aşağıdakı nəzarət tədbirləri ilə bağlı Audit proqramları təsdiq edilib:

- dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, “Azərbaycan Gəncliyi 2011-2015-illərdə” Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə ayrılan vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə ayrılmış vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Tibb Universitetinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;
- dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin icrasına dair.
Mənbə
ANS PRESS

Geri qayıt