DataLife Engine > Xəbər, İqtisadiyyat, BLOK XƏBƏR > Ən son texnoloji yeniliklərdən biri

Ən son texnoloji yeniliklərdən biri


26-12-2014, 13:58. Yerləşdirdi: Kainat Ən son texnoloji yeniliklərdən biri

“GreenCar”- elektrik nəqliyyat vasitələrinin satış və xidmət Mərkəzi Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə ölkə ərazisində genişmiqyaslı innovativ- ekoloji layihənin həyata keçirilməsinə başlayıb.

xalqinfo.az-ın ANS PRESS-a istinadla verdiyi məlumata görə, Azərbaycan Avtomobil Federasiyasından bildiriblər ki, layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir. Ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələri ilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək, daha az xərclə daha çox məsafə qət etmək istiqamətində həyata keçirilən bu layihə çərçivəsində "GreenCar" satış və xidmət mərkəzində müxtəlif ölkələrin istehsalı olan elektrik nəqliyyat vasitələri - elektrik avtomobilləri, elektrik avtobusları, elektrik motosikletləri, elektrik velosipedləri və s. nümayiş olunacaq.

"GreenCar" layihəsi çərçivəsində bir dəfəyə elektrik enerjisi ilə 300 km məsafə qət edən avtobuslarla marşrutlar üzrə sərnişin daşınması da həyata keçiriləcək. Bu marşrutların gələcəkdə Bakı şəhəri və regionlar üzrə genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda bir dəfəyə elektrik enerjisi ilə 300 km məsafə qət edən elektrik taksilərinin də Bakıya gətirilməsi layihənin tərkib hissəsidir.

Bakı şəhərində (parkinqlərdə, küçələrdə) və magistral yolların bir çoxlarında müasir texnoloji vasitələrlə təmin olunan enerji doldurma cihazları quraşdırılacaq, stansiyalar tikiləcək. Xüsusi proqram təminatı ilə idarə olunan enerji doldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir. Həmçinin elektrik avtomobillərini adi elektrik qutularından da enerji ilə doldurmaq mümkün olacaq.

Layihə Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətində həyata keçirilən ekoloji layihələrə dəstək olmaqla, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır.
Layihə Azərbaycanı regionun ən innovativ mərkəzinə çevirməyi də hədəfləyir.
Mənbə
Anspress.com

Ən son texnoloji yeniliklərdən biri
Ən son texnoloji yeniliklərdən biri
Ən son texnoloji yeniliklərdən biri
Ən son texnoloji yeniliklərdən biri
Ən son texnoloji yeniliklərdən biri
Ən son texnoloji yeniliklərdən biri
Ən son texnoloji yeniliklərdən biri
Ən son texnoloji yeniliklərdən biri
Geri qayıt