DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET > REAL Elmar Məmmədyarova müraciət etdi

REAL Elmar Məmmədyarova müraciət etdi


21-12-2014, 16:51. Yerləşdirdi: Kainat REAL Elmar Məmmədyarova    müraciət etdi

REAL hərəkatı Elmar Məmmədyarova müraciət edib.


Xalqinfon.az AzadlıqRadiosuna istinadən bildirir ki, müraciətə səbəb dekabrın Avropa Şurası Nazirlər kabinetinin dekabrın 4-dəki qərarı və Səməd Seyidovun bu barədə dedikləridir.

Dekabrın 4-də 47 üzv dövlətin nazirləri adından cıxış edən Avropa Şurası Nazirlər Komitəsi REAL Hərəkatının sədri İlqar Məmmədovun sərbəst buraxılmağına dair qərar qəbul edib.

Bu qərarı şərh edərkən, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov deyib ki, insan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir:

“İlqar Məmmədovla bağlı bəyanatlar da bu baxımdan müstəsna deyil”.

REAL hərəkatı bununla bağlı Xarici İşlər Naziri Elmar Məmmədyarov müraciət edib. Müraciətdə deyilir:

“Bu rəsmi sorğumuzla nazirliyinizdən dəqiqləşdirmə istəyirik ki, Səməd Seyidovun dedikləri Azərbaycan dövlətinin həmin qərara münasibətdə rəsmi mövqeyini ifadə edir, yoxsa etmir?

Doğrudanmı REAL Hərəkatı sədrinin işi mövzusunda Azərbaycan Avropa Şurasının 47 üzv dövləti arasında təklənmiş və təzyiq altında olan bir vəziyyətdədir?”.

REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda etirazların təşkilində təqsirli bilinib, 7 illik həbs cəzası alıb.
Geri qayıt