DataLife Engine > Xəbər, Sosial > 5-dən 13-ə kimi

5-dən 13-ə kimi


20-12-2014, 14:42. Yerləşdirdi: Kainat

Bakıda hündürmərtəbəli binada yanğın olub.

XALQİNFO.AZ APA-ya istinadən bildirir ki,bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı məlumat verib. Bakı şəhəri, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 13-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelleri 200 p.m yanıb. Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri qayıt