DataLife Engine > Xəbər, BLOK XƏBƏR > Vilayət Eyvazov generalın oğlunu İŞDƏN ÇIXARDI FOTO

Vilayət Eyvazov generalın oğlunu İŞDƏN ÇIXARDI FOTO


21-01-2022, 15:00. Yerləşdirdi: Tural Vilayət Eyvazov generalın oğlunu İŞDƏN ÇIXARDI FOTO
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

Xalqinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb. U.Şirinov sərəncama götürülüb.

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur. Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.
Vilayət Eyvazov generalın oğlunu İŞDƏN ÇIXARDI FOTO
Geri qayıt