DataLife Engine > Xəbər, BLOK XƏBƏR > Bakıda üçmərtəbəli evdə yanğın olub

Bakıda üçmərtəbəli evdə yanğın olub


11-07-2021, 09:07. Yerləşdirdi: Tural Bakıda üçmərtəbəli evdə yanğın olub
Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli fərdi evdə yanğın baş verib.

Xalqinfo,az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan üçmərtəbəli evin 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri qayıt