DataLife Engine > Xəbər, Din, BLOK XƏBƏR > Moskva məscidlərində Qurban bayramı onlayn keçiriləcək

Moskva məscidlərində Qurban bayramı onlayn keçiriləcək


22-06-2021, 19:30. Yerləşdirdi: Tural Moskva məscidlərində Qurban bayramı onlayn keçiriləcək
Qurban bayramı günlərində Moskva məscidlərində kütləvi dini ayınlərin təşkili qadağan olunub.

Bu barədə “RİA Novosti”yə Rusiya Müsəlmanları Ruhani İdarəsindən məlumat verilib.

İdarənin paytaxt bölməsinin rəhbəri İldar Ələutdinov bildirib ki, ötən il olduğu kimi, bu il də Qurban bayramı namazı və xütbəsi onlayn şəkildə icra olunacaq. Digər günlərdə isə Moskva məscidləri gündəlik iş rejimində fəaliyət göstərəcək.

Qeyd edək ki, bu il müqəddəs Qurban bayramı iyulun 20 və 21-nə təsadüf edəcək.
Geri qayıt