DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET > «N» saylı hərbi hissədə ümummilli lider Heydər Əliyevin

«N» saylı hərbi hissədə ümummilli lider Heydər Əliyevin


12-12-2014, 15:03. Yerləşdirdi: Kainat «N» saylı hərbi hissədə ümummilli lider Heydər Əliyevin


"Xalqinfo" lidertv.com-a əsasən bildirir ki,Şəmkir rayonundakı «n» saylı hərbi hissədə ümummilli lider Heydər Əliyevin anım mərasimi qeyd olunub. Tədbirdə görkəmli siyasi xadim və əbədiyaşar komandanın həyat və fəaliyyətindən söz açılıb. Bildirilib ki, Heydər Əliyev hələ Sovet dövründə Azərbaycanda ordu quruculuğu və milli hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirib. Mərasimdə, həmçinin gəncə zabitlər evi hərbi qarnizonu və Gəncə Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə “Sən həmişə bizimləsən” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Sonda respublikanın əməkdar artistləri Azərin və İlqar Muradov Heydər Əliyevin sevdiyi musiqiləri ifa ediblər.
Geri qayıt