DataLife Engine > Xəbər, MARAQLI > Ölümünü canlı yayımlayacaq

Ölümünü canlı yayımlayacaq


5-09-2020, 13:39. Yerləşdirdi: Tural Ölümünü canlı yayımlayacaq





57 yaşlı kişi artıq yemək, dərman və su qəbul etməyərək öz həyat yaşamını bitirmək qərarına gəlib

Evtanaziya istəyi Fransa hökuməti tərəfindən rədd edilən Alain Cocq öz ölümünü canlı yayımlayacaq.
Xalqinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sağalmaz xəstəlikdən əziyyət çəkən 57 yaşlı kişi artıq yemək, dərman və su qəbul etməyərək öz həyat yaşamını bitirmək qərarına gəlib. O bir müddət əvvəl öz istəyi ilə həyatına son qoyulması üçün Fransa Prezidenti Emmanuel Makrona yazılı müraciət edib. Lakin prezident Fransa qanununun evtanaziyaya icazə vermədiyini bildirən bir məktub yazaraq xəstənin tələbini rədd edib. Öz iradəsinə görə ölməsinə icazə verilməyən xəstələrin vəziyyətinə diqqət çəkmək üçün A.Cocq Makronun cavabını şəxsi "Facebook" səhifəsində paylaşıb. Damar divarlarının bir-birinə yapışmasına səbəb olan nadir bir xəstəlikdən əziyyət çəkən Cocq bir həftədən daha az yaşayacağına inanır.
Qeyd edək ki, o sabahdan (bu gündən) etibarən ölüm anlarını "Facebook"-da canlı yayımlayacaq.
Geri qayıt