DataLife Engine > Xəbər, BLOK XƏBƏR > Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi -

Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi -


11-12-2014, 14:15. Yerləşdirdi: Esi Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi - Bu gün Azərbaycan Müəllimlər İnstitutunda Nərimanov Rayon İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

aznews.az xəbər verir ki. tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Müəllimlər İnstitutunun müəllim və tələbə heyəti, rayon ərazisində yerləşən orta ümümtəhsil məktəblərin şagirdləri iştirak edib.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan Müəllimlər İnstitutunun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən danışıb. A.Naxçıvanlı qeyd edib ki, tarix boyu Azərbaycan dünyaya alimlər, mütəfəkkirlər, nüfuzlu ziyalılar, siyasətçilər bəxş edib. Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər ulu öndərimizin adı ilə bağlıdır.

Sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək ölkəmizin dünəni, bu günü və zirvələrə doğru ucalmaqda olan sabahı tarixi şəxsiyyət, Azərbaycanın böyük oğlu, unudulmaz dahi öndərimizin adı ilə qırılmaz və əbədi tellərlə bağlı olduğunu qeyd edib.

Daha sonra Azərbaycan Müəllimlər İnstitutunun müəllimi Mircəfər Həsənov, 291 saylı Araz Ekologiya liseyin direktor müavini Zeynəb Qasımova və digər çıxışçılar öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıblar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, ümummilli liderin ideyalarının prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildiriblər.

Sonda orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən Heydər Əliyev haqqında hazırlanmış şerlər dinlənilib.
Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi - Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi - Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi - Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi -
Geri qayıt