DataLife Engine > Xəbər, BLOK XƏBƏR > Qızıl dolu sandıq tapıldı–

Qızıl dolu sandıq tapıldı–


10-12-2014, 17:10. Yerləşdirdi: Esi Qızıl dolu sandıq tapıldı– Yardımlı rayonunun Məlikli kəndində xəzinə tapılıb.

publika.az-ın özəl məlumatına görə, qızılla dolu xəzinə Məlikli kəndinin yaxınlığında “Əli daşı” deyilən yerdə olub.

Belə ki, yerli sakinlər bir əsrdən artıq müddətdə buranı pir olaraq ziyarətgah kimi istifadə ediblər. İddialara görə, pirdə böyük bir daşın üzərində Həzrət Əlinin ayaq izləri olub. Lakin sonradan bu daşın xəzinənin basdırıldığı yeri işarələmək üçün bura qoyulduğu ortaya çıxıb.

Məlumatlara görə, xəzinə xüsusi xəritə əsasında aşkara çıxıb. Hazırda ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur.
Geri qayıt