DataLife Engine > Xəbər > Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ

Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ


3-02-2020, 09:59. Yerləşdirdi: Tural Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ




"Bir namizədin hansısa formada digər bir namizədə qarşı kampaniya aparması yolverilməzdir".

Xalqinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri namizədləri ədalətli olmağa çağırıb: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla bir-birinə qarşı kampaniya aparması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.

M.Pənahov deyib ki, deputatlığa namizədlər öz qələbələrini başqalarının məğlubiyyəti üzərində qurmamalıdır.
Geri qayıt