DataLife Engine > Xəbər > Deputatlığa namizədliyini geri götürənlərin sayı 313 nəfərə çatıb

Deputatlığa namizədliyini geri götürənlərin sayı 313 nəfərə çatıb


2-02-2020, 18:31. Yerləşdirdi: Tural Deputatlığa namizədliyini geri götürənlərin sayı 313 nəfərə çatıb



Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 313 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Başqa sözlə, fevralın 1-də Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 1 nəfər namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1324 nəfərdir.
Geri qayıt