DataLife Engine > Xəbər > Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

Nazir polkovnik-leytenanta yeni vəzifə verdi


9-01-2020, 18:21. Yerləşdirdi: Tural Nazir polkovnik-leytenanta yeni vəzifə verdi





Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr verib.

"Xalqinfo"nun verdiyi xəbərə görə, nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Faiq İlyasov vəzifəsindən azad edilərək Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini təyin edilib.

Məlumatı DİN Mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, F. İlyasov Xaçmaz RPŞ-də də eyni vəzifəni daşıyaraq əməliyyat işlərinə nəzarət edəcək.
Geri qayıt