DataLife Engine > Xəbər > Əslən Laçından olan Türkiyənin məşhur İlahiyyatçı alimi Əli Murad Daryal

Əslən Laçından olan Türkiyənin məşhur İlahiyyatçı alimi Əli Murad Daryal


9-01-2020, 18:03. Yerləşdirdi: Tural Əslən Laçından olan Türkiyənin məşhur İlahiyyatçı alimi Əli Murad Daryal




Əslən Laçından olan Türkiyənin məşhur İlahiyyatçı alimi Əli Murad DaryalAzərbaycanın ilk hərbi naziri Doktor Xosrov bəy Sultanovun mühacirət həyatı haqqında yeni məlumatlar əldə etmək üçün araşdırma apararkən 1933-cü ilə aid iki sənədlə tanış oldum. Sənədlərdən biri Doktor Xosrov bəyin yazdığı resept, digəri isə rus dilində Firudin adlı bir şəxsə yazdığı qeyd idi. Qeyddə yazılır: "Əzizim Firudin! Tərəddüdsüz bu gün saat 5-də 10 dəqiqəlik yanıma gəl. Vacib işim var!"

Qeydin rus dilində yazılması Firudin adlı şəxsin Azərbaycan mühacirlərindən biri olmasından xəbər verirdi. Heç şübhəsiz ilk ağıla gələn Xosrov bəyin Qarabağın General Qubernatoru vəzifəsində çalışdığı zaman köməkçisi olmuş, Azərbaycan Cümhuriyyəti ordusunun zabiti Firudin bəy Daryal oldu. Laçın rayonunun Təzəkənd kəndindən olan Firudin bəy, Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə mühacirət etmiş minlərlə azərbaycanlıdan biridir. Əsl adı Fərman olan Firudin bəy, mühacirətdə olarkən təhlükəsizliyi üçün adını dəyişərək qardaşının adını götürür. Kəndlərində olan "dar yalı"adlı ərazinin adını isə soyad kimi götürür. Firudin bəy Daryal mühacirətdə olarkən Azərbaycan Cümhuriyyətinin ordusunun zabitləriylə bərabər Qurtuluş savaşına qatılır. Qısa bir zamanda igdliyiylə ad-san qazanaraq sonrakı illərdə "ordu generalı" rütbəsinədək yüksəlir.

Firudin bəy Daryal haqqında internetdə kiçik bir araşdırma apararkən məlum oldu ki, bir çox mühacirlərimiz kimi Firudin bəy haqqında da araşdırmaçı jurnalist Qoşqar Salmanlının yazdığı məqalədən başqa ciddi bir araşdırma aparılmayıb. Bəlkə də hansısa tarixçimiz bu barədə araşdırma aparıb, lakin Xosrov bəy Sultanovun məzarının indiyə qədər harda olduğunu bilib ictimaiyyətə açıqlama verməyi lüzum bilmədikləri kimi, Firudin bəy haqqında da məlumat verməyi lüzum bilmirlər!

Laçın rayonunun Təzəkənd kəndindən olan Arif Feyzullayevdən, Firudin bəy Daryalın 1985-ci ildə əmisi nəvəsi Səlim Səlimbəyliylə telefonla danışdığı, 1989-cu ildə vəfat etdiyi və atası Alı kişinin adını verdiyi oğlunun Türkiyədə Universitetlərin birində işlədiyini eşitmişdim. İnternetdə biraz araşdırma apardıqdan sonra məlum oldu ki, Firudin bəy Daryalın oğlu Türkiyənin tanınmış İlahiyyatçı alimlərindən biri, müxtəlif televiziya proqramlarında dəfələrlə çıxışlarını izlədiyim Əli Murad Daryaldır.

İlahiyyat elmləri doktoru, Professor Əli Murad Daryal 1931-ci ildə İstanbul şəhərində anadan olub. Orta təhsilinə İstanbulda "Taksim oğlanlar liseyi"ndə başlamışdır. Təhsilini bir müddət atasının görəvi səbəbiylə Ağrı və Qaziantəp şəhərlərində davam etdirmiş, 1950-ci ildə İstanbulda tamamlamışdır. 1959-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi ərəb-fars Filologoyası Bölümündən məzun olmuşdur. Bir müddət orta məktəblərdə din dərsi və Yüksək İslam İnstitutunda psixologiyadan dərs demişdir. Daha sonra təhsilini davam etdirərək İstanbul Universitenin Psixologiya Bölümünü bitirmişdir. İstanbul Universiteti Ədəbiyyat Əslən Laçından olan Türkiyənin məşhur İlahiyyatçı alimi Əli Murad DaryalFakültəsi İslam Araşdırmaları Bölümündə asistant və orta dərəcəli məktəblərdə din bilgisi müəllimliyi etdikdən sonra, 1966-cı ildə İstanbul Yüksək İslam İnstitutunda dərs deməyə başlamışdır. 1988-ci ildə doktorluq dissertasiyasını tamamlayan Əli Murad Daryal 1998-ci ildə professor olur. 1998-ci ildən etibarən "Mərmərə Üniversiteti İlahiyyat Fakültəsi"ndə çalışmışdır. Bir çox əsərlərin müəllifidir.

Məqaləni hazırlayarkən öyrəndim ki, 1989-cu ildə vəfat edən atası Firudin bəy Daryala bir daha Laçını görmək qismət olmasa da, Əlimurad Daryal 1991-ci ildə Laçına səfər etmiş, ata yurdu Təzəkənd kəndini ziyarət edərək qohum-əqrəbasıyla görüşmüşdür. Hazırda təqaüddə olan Əlimurad Daryal, İstanbul şəhərində yaşayır.
Geri qayıt