DataLife Engine > Xəbər > Gənc xanım bələdiyyə sədrini UĞURA APARAN YOL…

Gənc xanım bələdiyyə sədrini UĞURA APARAN YOL…


3-01-2020, 14:35. Yerləşdirdi: Tural Gənc xanım bələdiyyə sədrini UĞURA APARAN YOL…






    

 

Xalqinfo.az-xəbər verit ki, Qusar rayonu Əniq bələdiyyəsin gənc və çalışqan xanım bələdiyyə sədrinin həyatı və işgüzar faliyyətini əks etdirən maraqlı yazı hazırlayıb.

Gənc və prespektivli xanım bələdiyyə sədrinin bu cür uğurlu fəaliyyətinin təqdir olunmasına doğrudanda böyük ehtiyac var.Düşününürük ki, bu cür örnək dolu  bələdiyyə sədrlərinin cəmiyyətə təqdim edilməsi yerli özünüidarəetmədə olduqca əhəmiyyətli olan bələdiyyələrə həvəs və marağın artırılmasında həmdə böyük bir təkandır.

Gəlin bilrikdə xanım bələdiyyə sədrinin faəliyyətinə nəzər salaq.

Samirə Rəsulova 16 oktiyabr 1991-ci il tarixdə Qusar rayonu Əniq kəndində anadan olub. Qusar rayonu 2008-ci ildə Əniq kənd orta məktəbini bitirib. 2010-cu ildə azərbaycan Dövlət Mədəniyyət Universitetinin Kulturologiya fakultəsinə qəbul olub.

2014-ci ildə Universiteti bitirərək doğulduğu kəndə qayıdıb. Həmin ilin dekabır ayında Respubilka üzrə keçirilən 4-cü bələdiyyə seçkilərində qatılaraq  seçkidə ən çox səs toplayaraq Əniq Bələdiyyəsinin sədri seçilib.

2015-ci ilin yanvar ayından 23 yaşında  belə bir məsuliyyətli, iki mindən çox əhalisi olan bir kəndin bələdiyyə sədri vəzifəsini öhtəsinə götürərək kəndin bir sıra sosial-iqtisadi problemlərinin həlli üçün əlindən gələni edib.

Belə ki, Cənab Prezident İlham Əliyevin bələdiyyələrin yerli əhəmiyyətli sosial -iqtisadi  məsələlərin həllində  müstəqil rol oynaması  üçün  yaratdığı şəraitdən  istifadə edərək 2016-cı ildə 15 ildən artıqdır ki, Əniq kənddə olmayan içməli  su xəttini çəkdirib.

Kənd sakinləri buna qədər içməli su cəhətdən çox əziyyət çəkirmiş.Uşaqdan böyüyə kimi  kənd camaatı qışda da yayda da neçə kilometr uzağa gedərək çaydan gətirirlərmiş.

Samirə xanım 2016-cı ildən müxtəlif diametrli su borularından istifadə edərək 9 km-dən  uzun içməli su xətti  çəkdirib. Hal -hazırda Əniq kənd sakinləri həmin su xəttindən istifadə edirlər.

S.Rəsilova bundan sonra  ikinci əsas problem kimi  qabarıq olan suvarma su xətti idi ki, onu da 2018-ci ilin sentiyabr ayında  heç bir qrant təşkilatın köməyi olmadan Əniq bələdiyyəsinin büdcəsindəki vəsaitdən istifadə edərək müxtəlif diametrli dəmir borularla çaydan kənddaxilinə suvarma su xətti çəkdirib.

Bunlarla yanaşı xanım bələdiyyə sədri  kəndin giriş yolunun genişləndirilməsi  və düzəldilməsi , biçənək sahələinə gedən yolların təmiri ilə də məşğol olub. Bundan əlavə dəfələrlə imkansız ailələrə  Əniq bələdiyyəsi büdcəsindən yardımlar ayırıb.İmkansız ailələrin uşaqları üçün asudə vaxtlarının mədəniyyət sahəsinə ayırması  üçün kənd  mədəniyyət  evində təşkil olunan tədbirlərə müxtəlif tamaşa  səhnələrinə biletlərin alınmasına  yardımçı olub.

Bununla yanaşı olaraq ölkəmizin sosial-iqtisadi inkişafı  üçün lazım olan kənd turizmin inkişafı üçün də müxtəlif tədbirlərin  hazırlanmasında , bu sahədə təşkil olunan konfranslarda  fəal iştirakında , sakinlərin  bu sahədə maariflənməsində , kənddə mövcud olan müxtəlif tarixi abidələrin tanıdılması, məlumatlandırılması və turistlərin cəlb edilməsi üçün çalışıb.Hal-hazırda Əniq bələdiyyəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirir.

Yeri gəlmişkən onu da qeyd edək ki, xanım sədir İngilis dilini də yaxşı bilir.


Geri qayıt