DataLife Engine > Xəbər > Süleymaninin ölümü savaş başladacaq -

Süleymaninin ölümü savaş başladacaq -


3-01-2020, 14:00. Yerləşdirdi: Tural Süleymaninin ölümü savaş başladacaq -



Qasım Süleymaninin qətli Yaxın Şərqdə təhlükəli eskalasiyadır.

Axar.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Berni Sanders deyib. O, Trampın bu addımının Yaxın Şərqi daha bir fəlakətli savaşa yaxınlaşdırdığını bildirib. Sanders bu savaşın ABŞ-dan trilyonlarla dollar qoparacağını söyləyib.

Prezidentliyə namizəd olan digər demokrat namizədlər Elizabet Uorren və Endryu Yanq ABŞ-ın İranla savaşdan qaçmaq üçün tədbir görməli olduğunu deyib. Yanq həmçinin ABŞ-a yeni müharibənin lazım olmadığını söyləyib:

“İranla müharibə bizə lazım olan son şeydir. Bu, Amerika xalqının iradəsini əks etdirmir. Biz gərək situasiyanın deeskalasiyasını təmin edən kimi hərəkət edək”.
Geri qayıt