DataLife Engine > Xəbər > Laçınlılar icra başçısına görə Prezident Adminstrasiyasının qarşısına yığışdılar - FOTOLAR

Laçınlılar icra başçısına görə Prezident Adminstrasiyasının qarşısına yığışdılar - FOTOLAR


25-12-2019, 22:45. Yerləşdirdi: Tural Laçınlılar icra başçısına görə Prezident Adminstrasiyasının qarşısına yığışdılar - FOTOLAR




Laçın rayonundan olan bir qrup sakin Prezident Adminstrasiyası qarşısına yürüş ediblər.

Unikal.org xəbər verir ki, rayon sakinləri Laçın rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərlinin vətəndaşlara qarşı olan laqeyd münasibətinə öz etirazlarını bildiriblər.
Onlar bir müddət öncə Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kənd sakini olmuş məcburi köçkün və rayon təhsil şöbəsinin keçmiş işçisi Müqabil Baxışovun özünü asaraq öldürməsində Laçın rayon icra başçısı Aqil Nəzərlinin günahkar olduğunu bildiriblər. Rayon icra hakimiyyətinə, eləcə də Prezident Adminstrasiyasına müraciət etmələrinə baxmayaraq M. Baxışovun intihara sürükləyənlərin cəzalandırılmadığına etiraz ediblər.

Laçınlılar icra başçısına görə Prezident Adminstrasiyasının qarşısına yığışdılar - FOTOLAR
Laçınlılar icra başçısına görə Prezident Adminstrasiyasının qarşısına yığışdılar - FOTOLAR
Geri qayıt