DataLife Engine > Xəbər, Siyasət > Prezident bu qanunları ləğv etdi

Prezident bu qanunları ləğv etdi


24-12-2019, 16:34. Yerləşdirdi: Tural Prezident bu qanunları ləğv etdi
Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi haqqında qanun imzalayıb.

Xalqinfo” xəbər verir ki, həmin maddələr bunlardır:

Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli Qanunu ləğv edilsin.

Maddə 2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Qanunu ləğv edilsin.

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.


Geri qayıt