DataLife Engine > Xəbər, Sosial > Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar

Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar


24-12-2019, 08:45. Yerləşdirdi: Tural Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar
Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

Report-un məlumatına görə, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələlik xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.
Geri qayıt