DataLife Engine > Xəbər > Yelena Zelenskaya Bakıdakı ukraynalı iş qadınlarından yazdı -

Yelena Zelenskaya Bakıdakı ukraynalı iş qadınlarından yazdı -


18-12-2019, 10:52. Yerləşdirdi: Tural Yelena Zelenskaya Bakıdakı ukraynalı iş qadınlarından yazdı -
Ukraynanın birinci xanımı Yelena Zelenskaya sosial şəbəkədə Azərbaycanda çalışan ukraynalı qadınlarla bağlı paylaşım edib.

Xalqinfo”nun məlumatına görə, “firts lady” Bakıya səfəri çərçivəsində görüşdüyü ukraynalı qadınlarla çəkdirdiyi fotoları öz instaqram hesabında paylaşaraq onların fəaliyyətindən söz açıb.

“Ukrayna qadınlarının olduğu yerlərdə həmişə həvəs və səmimiyyət olur. Bu gün bir daha buna əmin oldum. Axı, Azərbaycandakı Ukrayna Qadın İş Klubu bunun əyani sübutudur. Qızlar nəinki bir-birlərini əməkdaşlıq etmək üçün tapıblar, həm də Ukraynanı xarici ölkədə tanıtmaq fikri ətrafında toplaşıblar.

Onların hər biri müvəffəqiyyətli bir iş qadını, öz vətəninin ilhamverici təbliğatçısıdır. Bu cür səmimi istəyinizə görə minnətdaram.”, -deyə Yelena Zelenskaya yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski xanımı ilə 16-17 dekabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

Yelena Zelenskaya Bakıdakı ukraynalı iş qadınlarından yazdı -
Yelena Zelenskaya Bakıdakı ukraynalı iş qadınlarından yazdı -
Geri qayıt