DataLife Engine > Xəbər > Nazir müavini şprislərlə bağlı xəbərlərdən danışdı

Nazir müavini şprislərlə bağlı xəbərlərdən danışdı


11-12-2019, 11:49. Yerləşdirdi: Tural Nazir müavini şprislərlə bağlı xəbərlərdən danışdı
“Bütün dərman preparatlarında olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən şprislərin də sterilliyi yoxlanılır və bunun standartları müəyyənləşib”.

Xalqinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev son zamanlar şprislərin steril olmaması və onların qadağan olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib: “Bəzi qurumlar və qeyri-hökumət təşkilatlar tərəfindən vurğulanır ki, 3 hissəli şprislər qadağan olunub. Belə qadağa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən təsdiq olunub.

Biz Azərbaycana idxal olunan şprislərlə bağlı öz qurumlarımıza tapşırıq vermişik. Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır.

Bundan sonra şprislərin fiziki parametrləri də yoxlanılacaq. Gələn ildən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində bununla bağlı laboratoriyalar quraşdırılacaq. Bu şprislərin ucluqları və politielinin keyfiyyəti yoxlanılacaq”.
Geri qayıt