DataLife Engine > Xəbər > Qərbi Kaspi Universiteti Prezidentə müraciət edən qadının nəvəsini tanımadı

Qərbi Kaspi Universiteti Prezidentə müraciət edən qadının nəvəsini tanımadı


20-11-2019, 13:38. Yerləşdirdi: Gunay Qərbi Kaspi Universiteti Prezidentə müraciət edən qadının nəvəsini tanımadı
Ötən gün Prezident İlham Əliyev “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini dinləyib. Dövlət başçısına yaxınlaşan yaşlı qadın - Bakı sakini Məmmədova Səmayə İbrahim qızı nəvəsinin Qərbi Kaspi Universitetinə 2500 manat təhsil haqqı borcunun olduğunu və ödəyə bilmədiyini söyləyib.

 

Modern.az məsələ ilə bağlı adıçəkilən universitetlə əlaqə saxlayıb. Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov tələbənin kimliyi barədə məlumatının olmadığını bildirib.

 

“Xanım nəvəsinin adını demədiyi üçün hələ ki, bizdə də tələbənin kimliyi barədə məlumat yoxdur. Qərbi Kaspi Universitetində ümumilikdə tələbələrin təhsil haqqı ilə bağlı problemləri olmur. Çünki tələbələrə şərait yaradırlar ki, təhsil haqqını hissə-hisə ödəsinlər. Təhsil haqqını ödəyə bilməyən imkansız tələbələrə güzəşt edilir ki, imkan olduqca pulu ödəsinlər”.


Geri qayıt