DataLife Engine > Xəbər > Ramiz Yunus Arif Hacılını istefaya çağırdı

Ramiz Yunus Arif Hacılını istefaya çağırdı


15-11-2019, 13:57. Yerləşdirdi: Gunay Ramiz Yunus Arif Hacılını istefaya çağırdı
ABŞ-da yaşayan azərbaycanlı politoloq, hüquq müdafiəçisi Arif Yunusun qardaşı Ramiz Yunus Müsavat partiyasının sədri Arif Hacılını istefaya çağırıb.

"Xalqinfo"
xəbər verir ki, bu barədə Ramiz Yunus özünün feysbuk səhifəsində qeyd edib.

O bildirib ki, Almaniyadakı mühacirlərə saxta sənədlərin verilməsi ilə bağlı yaşanan qalmaqal bir daha Müsavat Partiyasının imicinə zərbə vurdu.

Ramiz Yunus vurğulayıb ki, alman federal polisi tərəfindən açılmış cinayət işində adı hallanan Avropada bu partiyanın “AKM” adıyla yaradılan mərkəzinin təşəbbüskarı şəxsən indiki başqan Arif Hacılıdır. Buna görə də, bütün sivil ölkələrdə olduğu kimi Arif bəy də bu durumda istefa verməlidir: “Hörmətli Arif bəy, istefa mədəniyyətini göstərməyinizi və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağa məsləhət görürəm".

Ramiz Yunusun bu çağırışına Arif Hacılı sərt cavab verib. O qeyd edib ki, polisin sənədində “Müsavat AKM” sözü yoxdur, bu, Müsavata qarşı böhtan, qarayaxma kampaniyasıdır.

Bundan sonra tərəflər müxtəlif ittihamlar səsləndirib, bir-birlərini yalançı adlandırıblar.

Xalqinfo.az
Geri qayıt