DataLife Engine > Xəbər > Almaniyadan 61 azərbaycanlı deportasiya edilib

Almaniyadan 61 azərbaycanlı deportasiya edilib


15-11-2019, 11:47. Yerləşdirdi: Gunay Almaniyadan 61 azərbaycanlı deportasiya edilib
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində noyabrın 14-də Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.

Bu barədə "Xalqinfo" saytına Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin 61 nəfərdən 22-si kişi, 18-i qadın, 21-i uşaqdır.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

Qeyd edək ki, iki gün öncə Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb.


Geri qayıt