DataLife Engine > Xəbər > Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək

Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək


14-11-2019, 16:52. Yerləşdirdi: Gunay Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək
2020-ci il üçün büdcə zərfinə daxil olan sənədlərin Milli Məclisdə II oxunuşda müzakirəsinin vaxtı məlum olub.

"Xalqinfo"nun məlumatına görə, noyabrın 26-da Milli Məclisin plenar iclasında büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirə olunacaq.

Qeyd edək ki, büdcə zərfinə “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri daxildir.

Xalqinfo.az
Geri qayıt