DataLife Engine > Xəbər > Erməni jurnalistlər Bakıya gəlir

Erməni jurnalistlər Bakıya gəlir


14-11-2019, 13:46. Yerləşdirdi: Gunay Erməni jurnalistlər Bakıya gəlir
Noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Səfər qarşılıqlı etimad çərçivəsində baş tutacaq.
"Xalqinfo" xəbər verir ki, bu barədə Turan-a Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı 2019” tədbiri zamanı kuluarlarda məlum olub.

“Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev də virtualaz.org-a xəbəri təsdiqləyib.

Erməni jurnalistlər bəzi dövlət qurumlarına baş çəkəcəklər və ekspertlərlə görüşəcəklər.

Jurnalistlər arasında səfər mübadiləsi qarşılıqlı etimadın yaradılması üçün humanitar tədbirlər çərçivəsində dövlət başçıları səviyyəsindəki razılaşmalarda nəzərdə tutulub.

Bundan əlavə, həmin tədbirlər çərçivəsində hərbi əsirlərin və həlak olanların cəsədlərinin qarşılıqlı təhvil verilməsi barədə razılaşma da olub.

Bundan sonra azərbaycanlı jurnalistlərin Ermənistana cavab səfərinə gedəcəyi gözlənilir. Məlumata görə noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

Xalqinfo.az
Geri qayıt