DataLife Engine > Xəbər > Nazirlik nostrifikasiya ilə bağlı sənəd qəbulunu dayandırdı

Nazirlik nostrifikasiya ilə bağlı sənəd qəbulunu dayandırdı


13-11-2019, 12:42. Yerləşdirdi: Gunay Nazirlik nostrifikasiya ilə bağlı sənəd qəbulunu dayandırdı
Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu 15, 16 və 17 noyabr 2019-cu il tarixlərində müvəqqəti olaraq dayandırılır. Buna səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır.

Təhsil Nazirliyindən "Xalqinfo"ya bildirilib ki, təkmilləşdirmə işlərinin aparılmasında məqsəd xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, müraciətlərə baxılması prosesinin sürətləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.

Qeyd edək ki, dövlət orqanları (qurumları) tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahədə yeni standartların tətbiq edilməsi, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, habelə şəffaflığın artırılması kimi məsələlər dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Xalqinfo.az
Geri qayıt