DataLife Engine > Xəbər > Bakı metrosunda sıxlıq yarandı

Bakı metrosunda sıxlıq yarandı


13-11-2019, 10:04. Yerləşdirdi: Gunay Bakı metrosunda sıxlıq yarandı
Bakı metrosunda qatarların hərəkət intervalında gecikmələr yaranıb.

 

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, hadisəyə səbəb sərnişin sıxlığıdır: "Bəzi stansiyalarda bu gün səhər saatlarında sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayıb və bu da qatarın 20-30 saniyə gecikməsi ilə nəticələnib. Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldıb. Nəticədə bəzi stansiyalarda interval 4-5 saniyə, "İçərişəhər" və "20 yanvar" stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb. Hazırda intervalın azaldılması istiqamətində işlər görülür".

 

B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb.

Xalqinfo.az
Geri qayıt