DataLife Engine > Xəbər > Polis Arif Hacılını saxladı

Polis Arif Hacılını saxladı


12-11-2019, 16:15. Yerləşdirdi: Gunay Polis Arif Hacılını saxladı
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.


"Xalqinfo" xəbər verir ki, bu barədə partiya üzvləri sosial şəbəkədə məlumat yayıblar. Müsavatdan bildirilib ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.

Məlumata görə, Arif Hacılı ilə bərabər Qəzənfər Baxışov, Mərdan Mehdili, Mustafa Hacıbəyli, Valeh Hümmətoğlu, Qədim Soltanlı, Ramiz Xəlil, Zakir Məmmədzadə, İsa Alıyev həbs olunublar.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

Xalqinfo.az
Geri qayıt