DataLife Engine > Xəbər > Milli Məclisin plenar iclası keçirilir

Milli Məclisin plenar iclası keçirilir


12-11-2019, 12:19. Yerləşdirdi: Gunay Milli Məclisin plenar iclası keçirilir
Bu gün Milli Məclisin plenar iclası işə başlayıb.

"Xalqinfo" xəbər verir ki, iclasa Oqtay Əsədov sədrlik edir.

İclasın gündəliyinə 11 məsələ daxildir.

Bunlar "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, Sosial müavinətlər haqqında” qanun layihələridir. Həmçinin, Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda müzakirə ediləcək.

Plenar iclas noyabrın 13-14-də də davam edəcək.

Xalqinfo.az
Geri qayıt