DataLife Engine > Xəbər > Məmurlara Yeni İli xaricdə keçirmək qadağan edildi

Məmurlara Yeni İli xaricdə keçirmək qadağan edildi


12-11-2019, 11:47. Yerləşdirdi: Gunay Məmurlara Yeni İli xaricdə keçirmək qadağan edildi
Ermənistanda məmurlara Yeni İli xaricdə keçirmək qadağan olunub.

"Xalqinfo" Ermənistanın “Qrapark” qəzetinə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan daxili qaydada məmur və deputatlara belə bir göstəriş verib.

“Bizə məlum olub ki, baş nazir Nikol Paşinyan bununla bağlı əmr verib. Qayda məmurlara da, deputatlara da iddir”.

Paşinyanın göstərişini heç bir məmurun pozmaq istəmədiyi, ötən il ölkə xaricində istirahət etdiyi üçün 2 məmurun postunu itirdiyi də vurğulanır.

Xalqinfo.az
Geri qayıt