DataLife Engine > Xəbər > İrandakı zəlzələ Azərbaycanda da hiss olunub

İrandakı zəlzələ Azərbaycanda da hiss olunub


11-11-2019, 14:23. Yerləşdirdi: Gunay İrandakı zəlzələ Azərbaycanda da hiss olunub
Yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 103km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Xalqinfo"ya verilən məlumata görə, zəlzələnin maqnitudası 4,5, dərinliyi 10 kilometr olub.

Zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss olunub.


Xalqinfo.az
Geri qayıt