Bayram günlərində yol qəzalarında 9 nəfər ölüb
11-11-2019, 14:00. Yerləşdirdi: Gunay
Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən “Xalqinfo”ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Respublikanın avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölmüş, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli isə 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Xalqinfo.az
Geri qayıt