DataLife Engine > Xəbər > Nyu-Yorkdan gələn təyyarə Gəncədə enməyə məcbur oldu

Nyu-Yorkdan gələn təyyarə Gəncədə enməyə məcbur oldu


10-11-2019, 11:25. Yerləşdirdi: Gunay Nyu-Yorkdan gələn təyyarə Gəncədə enməyə məcbur oldu
Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.

 

"Xalqinfo" AZAL-a istinadən xəbər verir ki, "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib. Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilmiş, yemək və içkilərlə təmin olunublar. Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub.

Xalqinfo.az
Geri qayıt