DataLife Engine > Xəbər > Deputat şəhid yaxınının təsirli fotosunu yaydı

Deputat şəhid yaxınının təsirli fotosunu yaydı


9-11-2019, 14:23. Yerləşdirdi: Gunay Deputat şəhid yaxınının təsirli fotosunu yaydı
Deputat Aydın Mirzəzadə sosial şəbəkədə təsirli paylaşım edib.

"Xalqinfo"nun məlumatına görə, paylaşımda deputat qeyd edib ki, Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibəti ilə verilişə dəvət edilib. Veriliş zamanı studiyaya təsirli şəkil və mətn göndərilib. Mətndə bu sözlər yazılıb:

"Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm, ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim. Xətai rayonu, 191 nömrəli məktəb".

Xalqinfo.az
Geri qayıt