DataLife Engine > Xəbər > Azərbaycanlı rejissor Türkiyədə vəfat etdi

Azərbaycanlı rejissor Türkiyədə vəfat etdi


31-10-2019, 12:15. Yerləşdirdi: Gunay Azərbaycanlı rejissor Türkiyədə vəfat etdi
Bu gün Tanınmış teatr rejissoru, Gəncə Dövlət Kukla teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov 73 yaşında vəfat edib.

"Xalqinfo" bakupost.az-a istinadən xəbər verir ki, rejissor ürək çatışmamazlığı nəticəsində Türkiyədə dünyasını dəyişib.

Qeyd edək ki, Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncədə anadan olub. 1962 ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejisorluq fakültəsinə daxil olub. Hərbi xidmətə çağrıldığı üçün təhsilini 1970 ci ildə bitirib. 1979-cu ildən 1986 cı ilə kimi Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrını yaradaraq bu teatrın direktoru və baş rejisoru təyin olunub.1993-cü ildən Türkiyə Cümhuriyyətində rejisor olaraq fəaliyyət göstərirdi.Bir çox kitabların və tamaşa ssenarilərinin müəllifi olmuş, saysız hesabsız tamaşalara quruluş vermişdi.

Xalqinfo.az
Geri qayıt