DataLife Engine > Xəbər > Gəncə hadisələrinə görə həbs olunanlardan biri də AZADLIQDA

Gəncə hadisələrinə görə həbs olunanlardan biri də AZADLIQDA


30-08-2019, 23:34. Yerləşdirdi: Tural Gəncə hadisələrinə görə həbs olunanlardan biri də AZADLIQDA





Bakı Apelyasiya Məhkəməsində Gəncə hadisələrinə görə tutulan daha bir qrup şəxsin - Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin apellyasiya şikayətlərinə baxılıb.

Unikal.org-un məlumatına görə, məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Nemət Heydərlinin şikayəti təmin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən şəxslərin isə cəzaları azaldılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsi Gəncə hadisələrində təqsirləndirilən Elvin Əliyevin də azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.
Geri qayıt