DataLife Engine > Xəbər > Bakı polisi ürək tutmasından yerə yıxılan şəxsi ölümdən son anda xilas etdi

Bakı polisi ürək tutmasından yerə yıxılan şəxsi ölümdən son anda xilas etdi


30-07-2019, 20:27. Yerləşdirdi: Tural Bakı polisi ürək tutmasından yerə yıxılan şəxsi ölümdən son anda xilas etdi



Bakının Qaradağ rayonunda küçənin ortasında bir kişinin ürəyi tutub.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, həmin şəxs maşın yolunun ortasında yerə yıxılıb.

Olay Lökbatan qəsəbəsində qeydə alınıb.

Yoldan keçən yol polisləri dərhal yerə yıxılan şəxsə yaxınlaşıblar.

Polis əməkdaşları 99 YP 258 nömrəli yol polisi maşını ilə ürək tutmasından yıxılın şəxsi təcili olaraq xəstəxanaya çatdırıblar.

Yol polislərinin səyi nəticəsidnə həmin şəxs ölümdən xilas olub.
Geri qayıt