DataLife Engine > Xəbər > Ermənilərdən növbəti təxribat: hərbi vasitələrimiz atəşə tutuldu

Ermənilərdən növbəti təxribat: hərbi vasitələrimiz atəşə tutuldu


28-07-2019, 12:13. Yerləşdirdi: Tural Ermənilərdən növbəti təxribat: hərbi vasitələrimiz atəşə tutuldu





Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Xalqinfo.az-a verilən məlumata görə, 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.
Geri qayıt