DataLife Engine > Xəbər > Yol polisi dünya təcrübəsini Azərbaycanda tətbiq etdi -

Yol polisi dünya təcrübəsini Azərbaycanda tətbiq etdi -


28-07-2019, 04:03. Yerləşdirdi: Tural Yol polisi dünya təcrübəsini Azərbaycanda tətbiq etdi -





Sosial şəbəkələrdə Dövlət Yol Polisi (DYP) avtomobillərinin maketini əks etdirən görüntülər yayılıb.

Xalqinfo.az xəbər verir ki, sürücülərin yol hərəkət qaydalarına əməl etməsi və sürət həddini aşmamaları üçün yol kənarlarında radar əvəzi həmin maketlərdən istifadə olunacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir müavini , polkovnik Xosrov Nəcəfov avtosfer.az-a bildirib ki, yol polisi bununla bağlı Daxili İşlər Nazirliyinə təklif vermişdi. "Nazirlik tərəfindən bu, qəbul olundu. Hazırda bir çox dövlətlərdə - Rusiya, Türkiyə bir çox ölkələrdə bu tətbiq olunur. Effekti də var. Sürücü nəqliyyat vasitəsini idarə edən zaman uzaqdan düşünür ki, YPX avtomobilidir əgər qaydaları pozursa tez özünü düzəldir. Kəmər taxmayıbsa taxır, sürətli sürürsə sürətini azaldır. Müəyyən müddətdən sonra bu maketlərin yerləri dəyişə bilər. Hətta onların üstündə xüsusi işıqlı mayakları da var. Gələcəkdə üzərinə radar quraşdırılacaq. Həmin maketlərə nəzarət olacaq. Kamera nəzarəti ilə yanaşı YPX əməkdaşları da tez-tez onları yoxlayacaq. Odur ki, Dövlət əmlakı olaraq ona ziyan vurularsa şəxs məsuliyyət daşıyacaq."

Qeyd edək ki, artıq dünyanın bir sıra ölkələrində yollarda bu cür maketlərdən istifadə olunur.

Yol polisi dünya təcrübəsini Azərbaycanda tətbiq etdi -
Yol polisi dünya təcrübəsini Azərbaycanda tətbiq etdi -
Yol polisi dünya təcrübəsini Azərbaycanda tətbiq etdi -
Geri qayıt