DataLife Engine > Xəbər > Tbilisidə mitinq keçirilir

Tbilisidə mitinq keçirilir


22-06-2019, 20:54. Yerləşdirdi: Tural Tbilisidə mitinq keçirilir





Tbilisidə parlament binasının qarşısında yenidən mitinq keçirilir.

Xalqinfo.az xəbər verir ki, mitinqin keçirildiyi əraziyə müxalifət partiyalarının liderləri də gəliblər.

Mitinq iştirakçıları iyunun 20-də keçirilən aksiyada həbs edilənlərin azad edilmələrini, daxili işlər naziri Giorgi Qaxariyanın istefasını və proporsional parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Mitinqin keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də təcili tibbi yardım maşınları cəmlənib.

İştirakçılar həbsdə olan nümayişçilərin azadlığa buraxılması üçün günün sonunadək vaxt verdiklərini bildiriblər.
Geri qayıt