DataLife Engine > Xəbər > Mikroavtobusla “Mercedes” toqquşdu –

Mikroavtobusla “Mercedes” toqquşdu –


5-12-2014, 11:24. Yerləşdirdi: Esi Mikroavtobusla “Mercedes” toqquşdu –Cəlilabad rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Xalqinfo.aznews.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayon Alar kəndindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini Elvar Qurbanovun idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn “Ford” markalı mikroavtobusla toqquşub.

Nəticədə “Mercedes”də olan 4 nəfər, “Ford”da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatıdırılıblar.

Yaralılardan Lerik rayon sakini Etibar Qəriblinin vəziyəti ağırdır.

İlkin ehtimala görə, qəza “Ford” markalı avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt