DataLife Engine > Xəbər > “Əli İnsanov 14 il ərzində nə qızı, nə də həyat yoldaşı ilə görüşüb” -

“Əli İnsanov 14 il ərzində nə qızı, nə də həyat yoldaşı ilə görüşüb” -


17-03-2019, 11:15. Yerləşdirdi: Tural “Əli İnsanov 14 il ərzində nə qızı, nə də həyat yoldaşı ilə görüşüb” -





“Əli İnsanov həbsdə olduğu 14 il ərzində bir dəfə olsun ailə üzvlərinə zəng vurmayıb, onlarla telefonla danışmayıb”.


Xalqinfo.az xəbər verir ki, bunu keçmiş səhiyyə nazirinin vəkili Toğrul Bağırov virtualaz.org-a açıqlamasında belə deyib.

Vəkilin sözlərinə görə, Əli İnsanovun ailə üzvləri-qızı, oğlu və həyat yoldaşı Bakıda yaşayır. Onlar keçmiş nazirin əfv olunduğu haqda xəbəri KİV-lərdən eşidiblər.

“Bu illər ərzində o nə qızı, nə də həyat yoldaşı ilə görüşüb və bir dəfə də olsun onlarla danışmayıb. Onun xarakteri belədir. Sərtdir. O, telefonla danışmağı xoşlamır”-vəkil qısaca deyib. Və prezidentin əfv sərəncamından sevincini gizlətməyib.

Bəs Ə.İnsanov uzun müddətli həbsdən sonra azadlığa buraxılması üçün hakimiyyətə müraciət etmişdimi? Vəkil bu suala belə cavab verib:

“Bu dəfə gözləntilər güclü idi. Mən KİV-lərdə dərc edilən yazılar barədə ona danışırdım. Hərçənd özü tezliklə azadlığa çıxacaq və yəqin ki, özü bütün bunlar haqda sizə danışacaq”.
Geri qayıt