DataLife Engine > Xəbər > Bakıda dönərdən zəhərlənən tələbələrdən xəbər var

Bakıda dönərdən zəhərlənən tələbələrdən xəbər var


14-03-2019, 12:43. Yerləşdirdi: Tural Bakıda dönərdən zəhərlənən tələbələrdən xəbər var



Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən yeddi nəfər zəhərlənib.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, həmin şəxslər Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb:

“Həmin şəxslərdən ikisi 18 yaşına çatmadığı üçün 2 saylı Əbülfəz Qarayev adına uşaq klinik xəstəxanasına yerləşdirilib. Beş nəfər isə KTM-in yoluxucu xəstəliklər şöbəsinə aparılıb. KTM-ə yerləşdirilən üç nəfər artıq evə buraxılıb”.

“Qalan xəstələrin ümumi vəziyyəti yaxşıdır. Zəhərlənənlərin həyati təhlükəsi yoxdur”, - deyə nazirlikdən qeyd edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Sahibkarlıq subyektindən götürülən nümunələr laboratoriyalara təqdim olunub. Nəticələrlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.
Geri qayıt