DataLife Engine > Xəbər > Bakıda məhkəmə hakiminin velosipedi oğurlandı

Bakıda məhkəmə hakiminin velosipedi oğurlandı


12-03-2019, 17:56. Yerləşdirdi: Tural Bakıda məhkəmə hakiminin velosipedi oğurlandı





Bakıda oğurluq hadisəsi baş verib.

Xalqinfo.AZ ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, A.Cəlilov küçəsi ev 26 ünvanında qeydə alınıb. Həmin ünvanda dəyəri 1700 manat olan velosiped oğurlanıb.

Velosipedin sahibi, 1969-cu il təvəllüdlü İmanov Azad Nizami oğlu bu barədə polisə müraciət edib.

Araşdırma zamanı məlum olub ki, velosiped zəncirlənmiş vəziyyətdə olub. Naməlum şəxs və ya şəxslər zəncirin qıfılını qırılaraq velosipedi aparıblar.

Qeyd edək ki, velosipedin sahibi A.İmanov Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
Geri qayıt