DataLife Engine > Xəbər > Əbülfəz Sadıqlı azadlığa buraxıldı

Əbülfəz Sadıqlı azadlığa buraxıldı


6-03-2019, 20:17. Yerləşdirdi: Tural Əbülfəz Sadıqlı azadlığa buraxıldı





Bu gün Qaradağ Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlı, əmisi oğlu Asif Sadıqlı və "Nikoyl” bankın əməkdaşı olmuş Kamran Abbasovun işi üzrə proses başa çatıb.

Xalqinfo.az -ın xəbərinə görə, hakim Fuad Huseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Sadıqlı barəsində seçilmiş həbs qətimkan tədbiri 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən şəxs barəsində də eyni cəza tətbiq edilib.
Geri qayıt