DataLife Engine > Xəbər > Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın


1-03-2019, 10:04. Yerləşdirdi: sefa Bakıda yaşayış binasında yanğın
Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Xalqinfo.az-a verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 74 m² olan 3 otaqlı mənzilin eyvanında 0,5 m² sahədə taxta qırıntıları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğınla əlaqədar təxliyə aparılmayıb.
Geri qayıt